Bronxomunal

Uşağın immunitetini məşqləndiririk

Uşağın bağçada və məktəbdə nadir hallarda xəstələnməsini istəyiriksə, onun immunitetini əzələ kimi məşqləndirmək lazımdır — düzgün temperatur, gəzintilər və bərkitmə bunda kömək edir.

Hər hansı bacarığı inkişaf etdirmək üçün müntəzəm məşq etmək lazımdır. Xarici dildə yaxşı danışmaq istəyəndə müəllimlər və digər şagirdlərlə söhbət edərək məşq edirik. Çevik və güclü olmaq istəyəndə idman zalına gedib əzələlərimizi məşqləndiririk. Uşağın bağçada və məktəbdə nadir hallarda xəstələnməsini istəyiriksə, onun immunitetini məşqləndirmək lazımdır.

Uşaqlıq dövründə immunitetin məşqləndirilməsi

Məşqlərə başlamazdan əvvəl immuniteti lazım olan hər şeylə təmin etmək gərəkdir – tam yuxu və istirahət, kifayət qədər zülal, vitamin ehtiva edən tərəvəz və meyvələr, müntəzəm su qəbulu. İndi isə məşqlərə başlayaq:

Temperaturla məşq. Uşağın yatdığı və olduğu otağın temperaturu 24 °C-dən yuxarı olmamalı, havanın rütubəti isə ən azı 40% təşkil etməlidir.

Gəzintilərlə məşq. Kəskin respirator xəstəliyin (KRX) kəskin əlamətləri olmadıqda, açıq havada hərəkətli oyunlarla keçirilən vaxt gündəlik ən azı 2 saat olmalıdır.

Bərkitmə ilə məşq. Bərkitmə (soyuğa öyrəşdirmə) kontrast temperaturların təsiri vasitəsilə orqanizmin qoruyucu reaksiyalarını məşqləndirir. Prosedurları müntəzəm aparmaq, təsiri ayaq altlarından tədricən bütün bədən səthinə yaymaq vacibdir. Bərkitməni masaj və gimnastika ilə birləşdirmək faydalıdır.

Bu sadə qaydaları adi həyata daxil etmək kifayətdir ki, uşaq onlara riayət etməyə öyrəşsin. Onda bu qaydalara müntəzəm əməl etmək çətinlik yaratmayacaq. Lakin immunitetin bəzən çətin dövrləri olur; belə vaxtlarda təsvir olunan məşq tədbirləri kifayət etməyə bilər.

Uşağın immunitetinin inkişafındakı kritik dövrlər

Uşağın immuniteti böyüməsi ilə birlikdə inkişaf edir və möhkəmlənir. Formalaşma yolunda bir neçə kritik dövr baş verir. Bu dövrlər uşaq orqanizmi üçün immun sisteminin aktiv yenidənqurulması ilə xarakterizə olunur; bu zaman uşaq xəstəlik törədən bakteriya və viruslara qarşı ən həssas olur. Respirator və bağırsaq infeksion xəstəliklərinin inkişaf riski artır.

  • həyatın 28-ci gününə qədər
  • 4-6 ay
  • 2 yaş
  • 4-6 yaş
  • 2-15 yaş

Bronxomunal ilə immuniteti dəstəkləyin

Bronxomunal 7 mq

Böyüklər və 12 yaşdan etibarən uşaqlar üçün.

Təlimata bax

Bronxomunal P 3,5 mq

6 aydan 12 yaşa qədər uşaqlar üçün.

Təlimata bax