
Bakterial lizatlar immunitet üçün nə ilə faydalıdır?
Bakterial lizatlar immunomodulyator vasitələrin tərkibinə daxil olan, parçalanmış patogen bakteriyaların fraqmentləridir. Onların nə olduğunu, immuniteti necə aktivləşdirdiyini və tətbiqinin faydasını araşdırırıq.
Bakterial lizatlar — Bronxomunal və Bronxomunal P kimi müasir immunomodulyator vasitələrin tərkibinə daxil olan, təkrarlanan virus və bakterial tənəffüs yolları infeksiyalarının müalicəsi və profilaktikası üçün tətbiq edilən patogen (xəstəlik törədə bilən) bakteriyaların fraqmentləridir.
Sual yarana bilər: patogen bakteriya ştammlarının fraqmentləri insan orqanizminə düşərək ona zərər verə bilməzmi? Bu suala cavab vermək üçün gəlin bakterial lizatların nə olduğunu və necə işlədiyini araşdıraq.
Onlar parçalanmış bakterial hüceyrələrin fraqmentlərindən ibarətdir. Parçalanma nəticəsində ilkin bakteriyalar orqanizmə zərər vurmaq qabiliyyətini itirir. Onlar çoxala və insan hüceyrələrinə zərər verə bilmir, lakin bakteriyaların «fərqləndirici nişanlarını» qoruyub saxlayır; immun sistem bu nişanları görən kimi mümkün hücuma qarşı öz qüvvələrini səfərbər edir.
Bakterial lizatlar necə işləyir?
Orqanizmə düşən bakterial lizatlar dendritik hüceyrələri — bir növ mühafizəçiləri — aktivləşdirir. Onların vəzifəsi yad amili tutmaq, tanımaq və düşmənin peyda olması barədə immun müdafiənin iştirakçılarını xəbərdar etməkdir. Bakterial lizatlar əsl infeksiya törədicilərinin daxil olmasını imitasiya edərək immun sistemin cavabını aktivləşdirir. Bu, bir növ «təlim həyəcanı»dır və orqanizmi döyüş hazırlığı vəziyyətinə gətirir.
Bakterial lizatlarla təmasdan sonra dendritik hüceyrələrdən alınan həyəcan siqnalına cavab olaraq immunitetin bütün həlqələri işə qoşulur:
- B-limfositlər — bizim öz silah istehsalçılarımızdır; onlar patogen bakteriyalar da daxil olmaqla «yad amili» tapıb əsir götürməyə hazır olan anticisimlərin istehsalına başlayır.
- Yerli immunitetə cavabdeh olan anticisimlərin (A sinfi immunoqlobulinlərin) istehsalı aktivləşir. Nəticədə giriş qapıları olan yuxarı tənəffüs yollarının selikli qişaları vasitəsilə tənəffüs virusları və bakteriyalarının daxil olmasına qarşı müdafiə səviyyəsi yüksəlir.
- Makrofaqlar və T-limfositlər — düşməni məhv etmək əmrini qəbul edən və onu icra edən hüceyrələrdir; onlar xəstəlik törədən mikroorqanizmləri məhv edir.
- Birbaşa virusəleyhinə fəallığa malik interferon sistemi aktivləşir.
İndi orqanizm həm bakteriyalar, həm də viruslar olmaqla kəskin tənəffüs infeksiyalarının istənilən törədicisi ilə mübarizəyə hazırdır.
Bakterial lizatların tətbiqinin faydası
Anladıq ki, bakterial lizatlar infeksion xəstəlik törədə bilməz, çünki parçalanmış bakteriyaların fraqmentləri çoxala və orqanizmin toxumalarına zərər verə bilmir.
Ümumi və yerli immunitetin bütün həlqələrinin aktivləşməsi orqanizmin yalnız bakterial deyil, həm də virus tənəffüs infeksiyalarına qarşı müqavimətini artırır.
OM-85 kimi bakterial lizatın profilaktik kurs şəklində tətbiqi yuxarı tənəffüs yollarının selikli qişasının yerli immunitetinin möhkəmlənməsinə kömək edir, orqanizmi soyuqdəymənin səbəbi olan virusların və ağırlaşmaların səbəbi olan bakteriyaların daxil olmasından qoruyur, həmçinin yad agentlərin daxil olmasına daha sürətli və güclü reaksiya formalaşdıraraq immuniteti məşq etdirir.
Məhz buna görə bakterial lizatlar əsasında hazırlanan Bronxomunal preparatını böyüklərdə və uşaqlarda virus və bakterial kəskin tənəffüs infeksiyalarının kompleks müalicə və profilaktikasına daxil etmək məqsədəuyğundur.
Bronxomunal ilə immuniteti dəstəkləyin





