Bronxomunal

İmmunitet nədir

İmmunitet — orqanizmi zərərli hər şeydən qoruyan, çoxsaylı hüceyrə və maddələrdən ibarət mürəkkəb müdafiə sistemidir. O zəiflədikdə isə ona kömək etmək mümkündür.

İmmunitet bizə zərər verə biləcək bütün yad amillərdən orqanizmimizi qoruyan əsas müdafiəçidir. Daha dəqiq desək, “müdafiəçi” deyil, “müdafiəçilər”, çünki immunitet orqanizmimizin çoxsaylı müxtəlif strukturlarından ibarətdir; onların arasında viruslar, bakteriyalar və digər patogenlərlə mübarizəyə “təlim keçmiş” spesifik hüceyrələr (limfositlər, makrofaqlar və s.) və maddələr (anticisimlər, interferonlar və s.) var.

Təəssüf ki, tarazlaşdırılmış immunitet sistemi bəzən sıradan çıxır və ya öz funksiyalarının öhdəsindən kifayət qədər yaxşı gələ bilmir. Lakin ona kömək etmək imkanı var!

Zəifləmiş immunitetin əlamətləri

Hər bir insan həyatında ən azı bir dəfə soyuqdəymə və qriplə xəstələnib. Bəs insanı xəstəliklərə qarşı zəif edən nədir? Buna bir çox amil təsir edir, lakin mümkün səbəblərdən biri əsas müdafiəçimizin — immun sistemimizin zəifləməsidir. Bəs immunitetinizin zəiflədiyini necə başa düşmək olar?

Çox vaxt insanlar tez-tez soyuqdəymə və qriplə xəstələnməyə başlayanda, bronxit uzun müddət keçməyəndə, zökəm davamlı olaraq özünü xatırladanda, dodaqlarda vaxtaşırı herpetik səpgilər peyda olanda immunitetlərinin vəziyyətinə diqqət yetirirlər. Məhz bu dövrdə immun sisteminin viruslar və bakteriyalarla əvvəlki kimi yaxşı mübarizə apara bilmədiyi aydın olur.

Bronxomunal ilə immuniteti dəstəkləyin

Bronxomunal 7 mq

Böyüklər və 12 yaşdan etibarən uşaqlar üçün.

Təlimata bax

Bronxomunal P 3,5 mq

6 aydan 12 yaşa qədər uşaqlar üçün.

Təlimata bax