İçlik vərəqəsi · rəsmi istifadə təlimatı
ACC (ASS Lonq) Fışıldayan tablet 600 mq
Asetilsistein — tənəffüs yollarında qatı, çətin xaric olunan bəlğəmi durulaşdıran mukolitik (öskürək və soyuqdəymə vasitəsi).
Tərkibi
Təsiredici maddə: 1 fışıldayan tabletin tərkibində 600 mq asetilsistein vardır.
Köməkçi maddələr: limon turşusu (susuz), natrium-hidrokarbonat, natrium-karbonat (susuz), mannitol, susuz laktoza, askorbin turşusu (Vitamin C), natrium – siklamat (E 952), natrium saxarinat, natrium-sitrat, böyürtkən “B” aromatizatoru ( sorbitol).
Təsviri
Böyürtkən ətirli, ağ rəngli yumru, üzərində xətti olan tabletlərdir.
Farmakoterapevtik qrupu
Öskürək və soyuqdəymə vasitələri. Mukolitiklər.
ATC kodu: R05CB01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Asetilsistein sistein amin turşusunun törəməsidir. Asetilsistein tənəffüs yollarında sekretolitik və sekretomotor təsir göstərir. Hesab olunur ki, o mukopolisaxarid zəncirlərinin arasında olan birləşmiş disulfid tellərini ayırır və DNT-zəncirlərinə (irinli bəlğəmdə) depolyarizasiyaedici təsir göstərir. Bu təsir mexanizmlərinin nəticəsində bəlğəmin qatılığı azalır.
Asetilsisteinin alternativ mexanizmi onun SH qrupunun kimyəvi radikalları birləşdirmək və bu yolla onların toksik təsirini aradan qaldırma qabiliyyəti ilə bağlıdır.
Bundan əlavə, asetilsistein qlutationun sintezinin artmasında iştirak edir ki, bu da zərərsizləşdirmə üçün vacibdir. Bu, parasetamol intoksikasiyası zamanı onun antidot kimi istifadəsini əsaslandırır.
Xronik bronxit/mukovissidozu olan xəstələrdə asetilsisteinin profilaktik istifadəsi zamanı bakterial ağırlaşmaların tezliyi və ağırlığı azalır.
Farmakokinetikası
Absorbsiyası
Daxilə qəbul olunduqdan sonra asetilsistein sürətlə və demək olar ki, tam şəkildə qaraciyərdə absorbsiya olunur və farmakoloji aktiv olan metabolitinə, sisteinə, və onunla yanaşı diasetilsistein, sistin və, daha sonra qarışıq disulfidlərə metabolizə olunur.
Paylanması
Yüksək ilkin keçməsinə görə daxilə qəbul olunan asetilsisteinin biomənimsənilməsi çox aşağıdır (təxminən 10%). İnsanlarda maksimal plazma konsentrasiyalarına 1-3 saatdan sonra əldə olunur, sistein metabolitinin maksimal plazma konsentrasiyası təxminən 2 µmol/l təşkil edir. Asetilsisteinin zülallarla birləşməsi təxminən 50% təşkil edir.
Biotransformasiyası
Asetilsistein və onun metabolitləri orqanizmdə üç formada olur: qismən azad formada, qismən dəyişkən disulfid zəncirləri vasitəsilə zülallarla birləşmiş formada və qismən birləşmiş amin turşusu formasında. Asetilsistein demək olar ki, eksklyuziv olaraq qeyri-aktiv metabolitlər formasında böyrəklər vasitəsilə xaric olunur (qeyri-orqanik sulfatlar, diasetilsistein). Plazmada asetilsisteinin yarım-parçalanma vaxtı təxminən 1 saat təşkil edir və əsasən sürətli qaraciyər transformasiyası ilə müəyyən edilir. Bu səbəbdən qaraciyər funksiyasının zədələnməsi zamanı plazmada yarım-parçalanma vaxtının 8 saata qədər uzanması ilə nəticələnir.
Xaric olması
Asetilsisteinin venadaxili təyin olunması ilə aparılmış farmakokinetik tədqiqatlarda paylanma həcminin 0,47 l/kq (ümumi) və ya 0,59 l/kq (azalmış) olmasını aşkarlamışdır; plazma klirensi 0,11 l/s/kq (ümumi) və 0,84 l/s/ (azaldılmış) təşkil etmişdir
Venadaxili təyinindən sonra yarımxaricolma dövrü 30-40 dəqiqə təşkil etmiş, xaricolma 3 fazalı kinetikadan ibarət olmuşdur (alfa, beta və sonuncu qamma fazası).
Asetilsistein plasentadan keçir və plasentar qanda aşkar edilir. Ana südünə xaric olması barədə məlumat yoxdur.
Asetilsisteinin insanlarda hematoensefalik baryerdən keçməsi barədə məlumat yoxdur.
İstifadəsinə göstərişlər
Qatı, çətin xaric olunan bəlğəmin əmələ gəlməsi ilə müşayiət olunan kəskin və xroniki bronxopulmonar xəstəliklər zamanı böyüklərdə və 14 yaşından böyük yeniyetmələrdə sekretolitik terapiya.
Əks göstərişlər
Asetilsisteinə qarşı, yaxud preparatın hər hansı inqrediyentinə qarşı yüksək həssaslıq.
ASS Lonq preparatının tərkibində təsiredici maddənin miqdarı çox olduğu üçün, 14 yaşdan kiçik uşaqların müalicəsi üçün istifadə etmək olmaz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Asetilsisteindən istifadə zamanı Stivens-Conson və Layell sindromları kimi kəskin dəri reaksiyalarının baş verməsi barədə, çox nadir hallarda olsa da, məlumatlar verilib. Əgər dəri və selikli qişalarda dəyişikliklər yenicə baş verirsə, ləngimədən tibbi məsləhət üçün müraciət etmək və Asetilsisteinin istifadəsini dayandırmaq lazımdır.
Bronxial astma və anamnezində xorası olan pasiyentlərin müalicəsi zamanı ehtiyatlı olmaq lazımdır.
Asetilsistein, xüsusilə müalicənin erkən mərhələlərində durulaşmaya səbəb ola bilər və bunun nəticəsində bronxial ifrazın həcminin artması müşahidə oluna bilər. Pasiyent bəlğəmi xaric edə bilmirsə (kifayət qədər), müvafiq tədbirlər görülməlidir (məs.postural drenaj, aspirasiya).
Histaminə qarşı dözümsüzlüyü olan xəstələrdə ehtiyatlı olmaq tövsiyə olunur. Belə xəstələrdə asetilsisteinlə uzun müddətli müalicədən qaçınmaq lazımdır, belə ki asetilsisteinin histamin metabolizminə təsiri nəticəsində dözümsüzlük simptomları ( məsələn, baş ağrısı, burundan selikli ifrazat, qaşınma) yarana bilər.
Hər bir fışıldayan tabletin tərkibində 40 mq qədər sorbitol mövcuddur.
Hər bir fışıldayan tabletin tərkibində 70 mq laktoza mövcuddur. Qalaktozaya qarşı nadir irsi dözümsüzlüyü, ümumi laktaza çatışmazlığı və ya qlükoza-qalaktozanın sorulması pozğunluqları olan xəstələr tərəfindən qəbul edilməməlidir.
Bir fışıldayan tabletin tərkibində təxminən 6,0 mmol (139 mq) natrium vardır, bu da ÜST -nın böyüklər üçün tövsiyə etdiyi günlük 2 q natrium qəbulunun 7%-ni təşkil edir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri üzrə tədqiqatlar yalnız böyüklərdə keçirilmişdir.
Öskürəkəleyhinə preparatlar
ASS Lonq preparatının öskürəyi azaldan preparatlarla birgə istifadəsi bəlğəmin toplanması hesabına təhlükəyə səbəb ola bilər, odur ki, belə kombinasiyada preparatların təyini üçün diaqnozun xüsusilə dəqiqləşdirilməsi tələb olunur.
Antibiotiklər
Antibiotiklərin ( tetrasiklinlər, aminoqlikozidlər, penisillinlər) inaktivləşdirilməsinə aid məlumatlar yalnız müvafiq maddələrin birbaşa qarışdığı in vitro tədqiqatlarda müşahidə olunmuşdur.
Təhlükəsizlik məqsədilə antibiotiklər ayrı-ayrılıqda və azı 2 saat intervalla qəbul edilməlidir. Bu qeyd olunanlar aktiv tərkib hissəsi sefiksim və ya lorakarbef olan preparatlara aid edilmir.
Yüksək dozalarda aktivləşdirilmiş kömürün tətbiqi asetilsisteinin effektivliyini azalda bilər.
AsetilsisteinQliseril trinitrat
Qliseril trinitratın (nitroqliserin) asetilsistein ilə birgə tətbiq olunması trombositlərin aqreqasiyasına inhibə edici və vazodilyatator təsirinin gücləndirilməsi ilə nəticələnə bilər.
Əgər asetilsistein qliseril trinitrat ilə birgə tətbiq olunması zəruri hesab olunursa, xəstələr ağır dərəcəli ola bilən hipotenziyanın mümkün inkişafına görə nəzarət olunmalıdırlar və mümkün baş ağrıları haqqında məlumatlandırılmalıdırlar.
Laborator göstəricilərin təyin olunmasında dəyişikliklər
Asetilsistein salisilatların kolorimetrik üsulla təyin olunmasına təsir göstərə bilər.
Sidik sınaqlarında, asetilsistein keton cisimlərin təyini nəticəsinə təsir göstərə bilər.
Asetilsistein tərkibli maddələrin digər dərman vasitələri ilə birgə həll olunması tövsiyə olunmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Hamilə qadınların asetilsisteinin təsirinə məruz qalmaqları barədə məlumat məhduddur. Heyvanlar üzərində aparılmış tədqiqatlarda onun hamiləliyə, embrional/döl inkişafına, doğuş və postnatal inkişafa təsir göstərəcəyini nümayiş etdirməmişdir. Asetilsistein hamiləlik dövründə yalnız fayda-risk nisbətinin ciddi təhlilindən sonra istifadə oluna bilər.
Laktasiya
Ana südünə asetilsistein və ya yaxud onun metabolitlərinin xaric olunması barədə məlumat yoxdur.
Asetilsistein laktasiya dövründə yalnız fayda-risk nisbətinin ciddi təhlilindən sonra istifadə oluna bilər
Fertillik
İnsanlarda asetilsisteinin fertilliyə təsiri haqqında məlumatlar mövcud deyil. Asetilsisteini müalicəvi dozalarda heyvanlar üzərində tədqiqatlarda istifadə etdikdə zərərli təsiri müşahidə olunmamışdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Asetilsisteinin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə məlum olan təsiri mövcud deyil.
İstifadə qaydası və dozası
Əgər başqa cür təyin olunmayıbsa, ASS Lonq tabletlərini aşağıdakı dozalarda istifadə etmək məsləhət görülür:
Total gündəlik doza:
- Yaşı 14-dən çox olan yeniyetmələrdə və böyüklərdə: gündə 2 dəfə 1/2 tablet, yaxud gündə 1 dəfə 1 tablet (gündə 600 mq Asetilsisteinə ekvivalentdir)
İstifadə qaydası
Daxilə qəbul edilir (həll edildikdən sonra).
Fışıldayan tabletlər bir stəkan içməli suda həll edilir və məhlul yeməkdən sonra qəbul edilir.
İstifadə müddəti:
Həkim məsləhəti olmadan müalicə kursu 4-5 gün təşkil edir.
Əlavə təsirləri
Əlavə təsirlər başvermə tezliyinə görə aşağıdakı kimi təsnif edilir:
- Çox tez-tez: ( 1/10)
- Tez-tez: ( 1/100; < 1/10)
- Bəzən: ( 1/1000; < 1/100)
- Nadir: ( 1/10000; < 1/1000)
- Çox nadir: (< 1/10000)
- Məlum deyil: (mövcud məlumatlara əsasən təyin etmək mümkün deyil)
İmmun sistemdə baş verən pozğunluqlar
- Arabir: yüksək həssaslıq reaksiyaları
- Çox nadir: anafilaktik şok, anafilaktik/anafilaktoid reaksiyalar
Sisnir sistemində baş verən pozğunluqlar
- Arabir: başağrısı
Eşitmə orqanında və labirintdə baş verən pozğunluqlar
- Arabir: qulaqlarda cingilti
Ürəkdə baş verən pozğunluqlar
- Bəzən: taxikardiya
Damarlarda baş verən pozğunluqlar
- Arabir: arterial hipotenziya
- Çox nadir: qanaxma
Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozğunluqlar
- Nadir: dispnoe, bronxospazm
Mədə-bağırsaq traktında baş verən pozğunluqlar
- Arabir: ürəkbulanma, qusma, diareya, qarında ağrı, stomatit
- Nadir: dispepsiya
Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar
- Arabir: övrə, səpgi, angionevrotik ödem, qaşınma, ekzantema
Ümumi pozulmalar və yeridilmə yerində dəyişikliklər
- Arabir: qızdırma
- Məlum deyil: üzün şişkinliyi
Laborator müayinələr
- Arabir: Hipotenziya
Çox nadir hallarda, Stivens-Conson sindromu və toksik epidermal nekroliz kimi ağır dərəcəli dəri reaksiyaları asetilsisteindən müvəqqəti istifadə zamanı qeyd olunmuşdur. Qeyd olunan belə halların çoxunda, eyni vaxtda ən azından bir əlavə dərman vasitəsinin qəbulu təsvir olunmuş selikli qişa-dəri təsirini gücləndirə bilər.
Əgər dəri və ya selikli qişada qeyri-normal reaksiyalar baş verərsə, dərhal asetilsisteinin qəbulu dayandırılmalıdır və tibbi məsləhət tövsiyə olunmalıdır.
Əlavə olaraq, asetilsistein istifadə olunduqda hemorragiyaların yaranması çox nadir hallarda qeyd olunmuşdur, xüsusən hiperhəssaslıq reaksiyaları ilə birgə.
Müxtəlif tədqiqatlarda asetilsisteinin təsiri nəticəsində trombositlərin aqreqasiyasının azalması təsdiq olunmuşdur. Hal-hazırda bu vəziyyətin klinik əhəmiyyəti müəyyən olunmamışdır.
Əlavə tədirlər haqqında məlumatın verilməsi
Dövlət qeydiyyatına alındıqdan sonra şübhəli əlavə təsirlər haqqında məlumat vermək vacibdir. Beləliklə, dərman vasitəsinin faydazərər nisbəti davamlı şəkildə monitorinq olunur. Xahiş olunur hər hansı bir əlavə təsir haqqında məlumat haqqında xəbər verəsiniz.
Doza həddinin aşılması
Asetilsisteinin daxilə qəbul olunan formaları ilə əlaqəli toksik doza həddinin aşılması barədə indiyə qədər məlumat daxil olmamışdır. Könüllülər 3 ay ərzində 11,6 q gündəlik doza ilə hər hansı ciddi əlavə təsir müşahidə olmadan müalicə almışdır. 500 mq/kq bədən kütləsi daxilə qəbul olunan asetilsistein dozası hər hansı intoksikasiya əlaməti olmadan qəbul olmuşdur.
İntoksikasiya əlamətləri
Doza həddinin aşılması nəticəsində ürəkbulanma, qusma və diareya kimi mədə-bağırsaq əlamətləri meydana çıxmışdır. Körpələrdə hipersekresiyanın yaranması təhlükəsi vardır.
İntoksikasiyanın müalicəsi: ehtiyac olduqda simptomatik müalicə aparılmalıdır.
İnsanlarda parasetamol intoksikasiyası zamanı venadaxili asetilsisteinin istifadə olunması zamanı əldə olunan təcrübəyə əsasən 30 q qədər asetilsistein maksimal gündəlik istifadə olunmuşdur. Həddindən artıq yüksək konsentrasiyada asetilsisteinin venadaxili qəbulu geri dönməyən “anafilaktoid reaksiyalara” xüsusən də, tez yeridildikdə, gətirib çıxarmışdır.
Buraxılış forması
10 və ya 20 fışıldayan tablet, polipropilen tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30şC-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
İstifadədən sonra tubu kip bağlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Salutas Pharma GmbH, Almaniya.
Hermes Pharma GmbH, Almaniya.
Bu dərman vasitəsinin qəbulu ilə əlaqədar hər-hansı şikayətiniz yaranan zaman aşaqıdaki göstərilən emeyl-a göndərməyiniz xahiş olunur:
Email: patient.safety.cis@sandoz.com
Baki şəhəri, Nəsimi rayonu, Rəsul Rza 75
Winter Park Plaza business center, mərt.5.
Tel.: +994 12 599-83-89
+994 12 599-83-90.



