
Zəiflədilmiş immunitetin əlamətləri
İnsanı xəstəliklərə qarşı həssas edən amillərdən biri əsas müdafiəçimiz olan immun sisteminin zəifləməsidir. Bəs zəiflədilmiş immuniteti hansı əlamətlərlə tanımaq olar?
Demək olar ki, hər bir insan heç olmasa bir dəfə soyuqdəymə və qripə tutulub. Bəs insanı xəstəliklərə qarşı həssas edən nədir? Buna bir çox amil təsir edir, lakin mümkün səbəblərdən biri əsas müdafiəçimiz olan immun sisteminin zəifləməsidir.
Bəs immunitetinizin zəiflədiyini necə başa düşmək olar?
Çox vaxt insanlar immunitetlərinin vəziyyətinə o zaman diqqət yetirirlər ki, tez-tez soyuqdəymə və qripə tutulmağa başlayırlar, bronxit uzun müddət keçib getmir, burun axması daim özünü xatırladır, dodaqlarda vaxtaşırı herpes səpgiləri yaranır. Məhz bu dövrdə aydın olur ki, immun sistemi virus və bakteriyalarla əvvəlki kimi yaxşı mübarizə apara bilmir.
Zəiflədilmiş immunitet zamanı adi soyuqdəymə yalnız xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olmaqla qalmır, həm də özü daha ağır formada — otit, sinusit, bronxit kimi ağırlaşmaların inkişafı ilə keçə bilər.
Bronxomunal ilə immuniteti dəstəkləyin





