Uşaqlarda bəlğəmli öskürək: ASS barədə valideynlər nəyi bilməlidir?
Uşaqlarda bəlğəmli öskürək zamanı ASS və asetilsistein barədə yaş məhdudiyyətləri, bəlğəmin xaric olunması, ehtiyat tədbirləri və həkimə müraciət əlamətləri.
200 mq asetilsistein — birdəfəlik saşe paketlərində, 20-li qablaşdırma. Suda həll edilir; evdən kənarda, işdə və səyahətdə rahat qəbul üçün.

Saşe forması ASS 200 ilə eyni təsiredici maddəni və eyni dozanı — 200 mq asetilsistein — daxil edir. Qatı, çətin xaric olunan bəlğəmin əmələ gəlməsi ilə müşayiət edilən bronxopulmonar xəstəliklər zamanı sekretolitik terapiya üçün istifadə olunur.
Bu forma xüsusilə aşağıdakı hallarda əlverişlidir:
Preparatın uşaqlarda istifadəsi yaşa görə müəyyən edilir; 2 yaşa qədər uşaqlarda asetilsistein tərkibli bu doza istifadə olunmur. Uşaq üçün dozanı həkim və ya əczaçı ilə dəqiqləşdirin.

Paketin məzmununu bir stəkan içməli suya tökün və tamamilə həll olana qədər qarışdırın.
Hazır məhlulu yeməkdən sonra için. Böyüklər və 14 yaşdan yuxarı yeniyetmələr üçün gündəlik doza 400-600 mq asetilsistein təşkil edir (bir saşe 200 mq-a bərabərdir).
Maye qəbulu mukolitik effekti gücləndirir. Kəskin soyuqdəymə xəstəlikləri zamanı qəbul müddəti 4-5 gün təşkil edir; daha uzun müalicəni həkim təyin edir.
Asetilsistein sistein amin turşusunun törəməsidir və tənəffüs yollarında sekretolitik və sekretomotor təsir göstərir.
Xroniki bronxiti və mukovissidozu olan pasiyentlərdə asetilsistein bakterial fəsadlaşmaların tezliyinə və ağırlığına təsir göstərmək üçün profilaktik məqsədlə də təyin olunur.

Beynəlxalq patentləşdirilməmiş adı: Acetylcysteine.
Təsiredici maddə: bir saşenin tərkibində 200 mq asetilsistein vardır.
Forması: daxilə qəbul üçün məhlul hazırlanmasına nəzərdə tutulmuş saşe paketləri; qablaşdırmada 20 paket.
Farmakoterapevtik qrupu: mukolitiklər. ATC kodu: R05CB01.
Qeyd: bu forma ASS 200 ilə eyni təsiredici maddəni və dozanı daxil edir. Tam rəsmi məlumat üçün ASS 200 təlimatına baxın.
Qatı, çətin xaric olunan bəlğəmin əmələ gəlməsi ilə müşayiət edilən bronxopulmonar xəstəliklər zamanı sekretolitik terapiya.
Saşenin məzmunu bir stəkan içməli suda həll edilir və məhlul yeməkdən sonra qəbul edilir. Bir saşe 200 mq asetilsisteinə bərabərdir.
200 mq asetilsistein üçün rəsmi təlimatda göstərilən gündəlik dozalar:
Uşaqlarda saşe forması ilə dozanın necə bölünəcəyini həkim və ya əczaçı ilə dəqiqləşdirin.
İstifadə müddəti: qısamüddətli kəskin soyuqdəymə xəstəlikləri zamanı 4-5 gün; xronik bronxit və mukovissidoz zamanı müddəti həkim müəyyən edir.
Asetilsisteinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq.
Tərkibində yüksək dozada aktiv substansiya olduğu üçün 2 yaşa qədər uşaqlarda istifadə olunmamalıdır.
Bronxial astma və anamnezində xorası olan pasiyentlərin müalicəsi zamanı ehtiyatlı olmaq lazımdır. Dəri və selikli qişalarda dəyişikliklər baş verdikdə preparatın qəbulu dayandırılmalı və ləngimədən həkimə müraciət olunmalıdır.
Histaminə qarşı dözümsüzlüyü olan xəstələrdə uzunmüddətli müalicədən çəkinmək lazımdır.
Öskürəkəleyhinə preparatlar: birgə istifadə bəlğəmin toplanması hesabına təhlükə yarada bilər — diaqnoz dəqiqləşdirilməlidir.
Antibiotiklər: ən azı 2 saat intervalla, ayrıca qəbul edilməlidir (sefiksim və lorakarbef istisna olmaqla).
Qliseril trinitrat (nitroqliserin): birgə tətbiqdə hipotenziya və baş ağrısı riski artır.
Hamiləlik və laktasiya: yalnız fayda-risk nisbətinin ciddi qiymətləndirilməsindən sonra istifadə oluna bilər.
Arabir: yüksək həssaslıq reaksiyaları, başağrısı, qulaqlarda cingilti, arterial hipotenziya, ürəkbulanma, qusma, diareya, qarında ağrı, stomatit, övrə, səpgi, angionevrotik ödem, qaşınma, ekzantema, qızdırma. Bəzən: taxikardiya, dispepsiya. Nadir: dispnoe, bronxospazm. Çox nadir: anafilaktik reaksiyalar, qanaxma, Stivens-Conson sindromu və toksik epidermal nekroliz.
Saxlanma şəraiti: uşaqların əli çatmayan yerdə, qablaşdırmanın üzərində göstərilən temperatur şəraitində saxlanılır.
Aptekdən buraxılma şərti: reseptsiz buraxılır.
Tam təlimat üçün Təlimatlar bölməsindəki ASS 200 içlik vərəqəsinə baxın.
Təsiredici maddə və doza eynidir — 200 mq asetilsistein. Fərq yalnız formadadır: saşe birdəfəlik paketdir və yanınızda daşımaq daha rahatdır, fışıldayan tablet isə tubda saxlanılır və bölünə bilir.
Bir stəkan içməli su kifayətdir. Məhlul tam həll olana qədər qarışdırılır və yeməkdən sonra qəbul edilir.
2 yaşa qədər uşaqlarda bu doza istifadə olunmur. 2 yaşdan yuxarı uşaqlarda gündəlik doza yaşa görə müəyyən edilir — saşe forması ilə dozanın necə bölünəcəyini həkim və ya əczaçı ilə dəqiqləşdirin. Uşaqlar üçün ASS Kids şərbət daha rahat formadır.
Antibiotiklər ASS-dən ayrıca, ən azı 2 saat interval saxlanmaqla qəbul edilməlidir. Bu qayda sefiksim və lorakarbef tərkibli preparatlara aid deyil.
Kəskin soyuqdəymə xəstəlikləri zamanı 4-5 gün. Şikayətlər davam edərsə və ya ağırlaşarsa, həkimə müraciət etmək lazımdır.

200 mq fışıldayan tablet — böyüklər, yeniyetmələr və 2 yaşdan yuxarı uşaqlar üçün.

Gündə cəmi 1 fışıldayan tablet — böyüklər və 14 yaşdan yuxarı yeniyetmələr üçün.

20 mq/ml albalı dadlı şərbət, ölçü şprisi ilə — 2 yaşdan yuxarı uşaqlar üçün.
Uşaqlarda bəlğəmli öskürək zamanı ASS və asetilsistein barədə yaş məhdudiyyətləri, bəlğəmin xaric olunması, ehtiyat tədbirləri və həkimə müraciət əlamətləri.
ASS barədə məlumat: asetilsistein istifadəsi zamanı öskürəkəleyhinə preparatlar, antibiotik intervalı, yaş məhdudiyyətləri və ehtiyat tədbirləri.
ASS barədə məlumat: asetilsistein, qatı bəlğəmli öskürək, istifadə qaydası və ehtiyat tədbirləri.