Qarın köpü və meteorizm: həll edilməli olan narahatedici problemlər
Həzm pozğunluqları müxtəlif səbəblərdən yaranır və ən gözlənilməz anda özünü göstərir. Ailə ilə piknikdə, vacib müsahibə ərəfəsində, hətta ilk görüşdə. Qarın köpü və meteorizm mükəmməl günü korlaya bilər. Xoşbəxtlikdən, səbəblərin bir hissəsini aradan qaldıraraq onların qarşısını ala bilərik.
Qarın köpü və meteorizm niyə yaranır?
Köp və meteorizmdən o zaman danışılır ki, köp hissi və ya qarnın gözlə görünən böyüməsi ayda ən azı üç gün — üç ay ardıcıl olaraq təkrarlanır. Bu zaman həkimlərin mədə-bağırsaq traktı ilə bağlı hər hansı diaqnoz qoymaq üçün əsası olmur.
Bu tezlikdə təkrarlanan qarın köpü və meteorizmə bir çox amil səbəb ola bilər. Bunlara qıcıqlanmış bağırsaq sindromu və digər mədə-bağırsaq xəstəlikləri, qidalanma davranışı pozğunluqları və psixoloji amillər (məsələn, narahatlıq), yemək zamanı hava udmaq, bağırsaq mikrobiotasının vəziyyətinin dəyişməsi aiddir.
Maraqlı fakt: Qarın köpü və meteorizmdən əziyyət çəkən insanlarda adətən qazın miqdarı normaldır, lakin onlar qaza daha həssasdırlar. Bu, xüsusilə qıcıqlanmış bağırsaq sindromu olan insanlarda nəzərə çarpır.
Bağırsaq mikrobiotası dedikdə həzm sistemimizdə normal halda yaşayan bir neçə on trilyon mikroorqanizm nəzərdə tutulur. Onlar qidanın həzmindən tutmuş immun sisteminin normal saxlanmasınadək bir çox vacib vəzifəni yerinə yetirir. Mikrobiota müxtəlif mikroorqanizmlərdən ibarətdir: bifidobakteriyalar və laktobakteriyalar kimi faydalılardan, həmçinin E.coli və C.difficile kimi zərərlilərdən.
Mikrobiota düzgün işləyəndə deyilir ki, o tarazlaşmışdır. Tarazlıq pozulanda buna disbioz deyilir. Bu vəziyyətdə zərərli bakteriyaların sayı artır, faydalıların sayı isə əksinə azalır. Bu baş verdikdə insanda həzm pozğunluqları yaranır: ishal, qəbizlik, meteorizm və köp, qarında narahatlıq və ağrılar.
Bağırsaq mikrobiotası həssas sistemdir və adi həyat tərzindəki dəyişikliklərə reaksiya verə bilər. Bağırsaq mikroflorasının pozulmasına isə bir çox amil səbəb ola bilər.

Bağırsaq mikrobiotasının pozulmasına nə səbəb olur?
1. Stress
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, stress 21-ci əsrdə sağlamlıq problemlərinin əsas səbəblərindən biridir. Hər üç nəfərdən biri daim stress yaşayır, onunla bağlı xəstəliklər isə həkimə bütün müraciətlərin 70–90 %-nin səbəbidir.
2. Düzgün olmayan qidalanma
Meteorizm və qarın köpü problemlərinə pəhriz əhəmiyyətli təsir göstərir. Şəkərin, yağların, emal olunmuş qida məhsullarının və çətin həzm olunan tərkib maddələri (məsələn, laktoza və ya süni şirinləşdiricilər) olan məhsulların çox qəbulu bağırsaq mikrobiotasının tarazlığını poza bilər. Bütün bunlar qaz ifraz edən və qarın köpü hissinə səbəb olan bakteriyalar üçün qidalı mühit rolunu oynayır.
Qida qəbulu üsulu da vacibdir. İnsan tələsik yeyəndə çeynəmə zamanı hava udur. Artıq miqdarda hava mədəyə, oradan isə bağırsağa keçir.
3. Bəzi dərman vasitələri
Bir çox preparatın qəbulu zamanı həzm pozğunluqları yan təsir kimi ortaya çıxa bilər. Belə nəticələrə, məsələn, mədə turşuluğunu azaldan dərmanlar və antibiotiklər tez-tez səbəb olur — onlar yalnız zərərli deyil, faydalı bakteriyaları da məhv edir. Məhz buna görə antibiotik müalicəsi zamanı həkimlər bağırsaq mikrobiotasının tarazlığını qorumaq üçün probiotik qəbul etməyi tövsiyə edir.
4. Hormonal dəyişikliklər
Qadınların 70 %-dən çoxu menstruasiya zamanı həzm problemlərindən əziyyət çəkir. Bu, hormonların təsirinin nəticəsidir: estrogen səviyyəsinin yüksəlməsi səbəbindən orqanizm daha çox maye saxlayır, siklin ikinci fazasında progesteron isə mədə-bağırsaq traktının işini ləngidir və bu, meteorizmə səbəb olur.
Həzminizə necə kömək etməli?
Təəssüf ki, həzm problemlərinə səbəb olan amillərə həmişə təsir edə bilmirik. Lakin bağırsaq mikrobiotasının tarazlığını qoruya və pozğunluqdan sonra onun bərpasına kömək edə bilərik. Bunda kömək edəcək bir neçə məsləhət.
Necə yediyinizə fikir verin
Yavaş yeyin: artıq havanın mədəyə keçməməsi üçün qidanı yaxşıca çeynəyin. Qazlı içkilərdən və saqqızdan çəkinin.
Meteorizmə səbəb olan məhsullardan çəkinin
Köp problemlərini həll etmək üçün menyunu tənzimləyin. Məlumdur ki, bəzi məhsullar meteorizmə səbəb olur. İlk növbədə qısa zəncirli karbohidratlar — FODMAP (fermentləşən oliqosaxaridlər, disaxaridlər, monosaxaridlər və poliollar) olanlar. Artıq qaz əmələ gəlməsinin tez-tez rast gəlinən səbəbi paxlalılar, bəzi meyvə və tərəvəzlərdir: alma, armud və qarpız, soğan, mərcimək, qulançar və ənginar. Bundan əlavə, buğdadan hazırlanan məhsullar, şirniyyatlar və süni şirinləşdiricilər köpə səbəb olur — onlar bağırsaq bakteriyalarının artmasını stimullaşdırır.
Stresi idarə edin
Stresslə mübarizədə ən etibarlı vasitə onun səbəbini aradan qaldırmaqdır. Təəssüf ki, bu, həmişə mümkün olmur. Stresi idarə etmək üçün mütəxəssislər kifayət qədər yatmağı (gecə 7-8 saat yuxu), rahatlama üçün nəfəs texnikalarından istifadə etməyi, meditasiya etməyi və fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edir.
Disbiozun profilaktikası və müalicəsi üçün probiotiklərdən istifadə edin
Probiotik preparatlar bağırsaq mikrobiotasının tarazlığına faydalı təsir göstərən faydalı bakteriyalar ehtiva edir. Probiotiklərin müntəzəm qəbulu mikrobiotanı tarazlıqda saxlayır, pozğunluq zamanı isə onun daha tez bərpasına kömək edir. Tədqiqatlar sübut edib ki, qarın köpü və meteorizm problemlərini yüngülləşdirmək üçün probiotikləri düzgün dozada ən azı bir ay ərzində qəbul etmək tövsiyə olunur.
Линекс® Форте — həzm pozğunluqlarında etibarlı probiotik
Линекс® Форте bağırsağımızda faydalı və zərərli bakteriyalar arasında tarazlığı bərpa etməyə kömək edən 2 milyarddan çox probiotik bakteriya ehtiva edir. Линекс® Форте-nin faydalı bakteriyaları diqqətlə seçilmiş təbii probiotik bakteriyalardır: L. acidophilus, Chr. Hansen LA-5® və B. animalis subsp. lactis, Chr. Hansen ВВ-12®.
Preparatın tərkibindəki faydalı bakteriyalar bağırsağımızın sağlamlığına və nəticə etibarilə ümumi vəziyyətə faydalı təsir göstərir. İki növ bakteriyanın birləşməsi ona görə də vacibdir ki, onlar bütün bağırsağı məskunlaşdıra bilir: laktobakteriyalar daha çox nazik bağırsaqda olur, bifidobakteriyalar isə yoğun bağırsaqda özünü daha yaxşı hiss edir.
Линекс® ticarət markasının preparatları həkim resepti olmadan buraxılır.
Qarın köpü və meteorizm ən uyğunsuz anda yarana bilər. Probiotiklər simptomları yüngülləşdirir və bağırsaq mikrobiotasının tarazlığını bərpa edir.
