
Sağaldıqdan sonra göbələyin residivinin qarşısını necə almalı?
Dırnaq göbələyi elə bir xəstəlikdir ki, müalicəyə başlayan kimi həmişə dərhal geri çəkilmir. Gəlin sağalma şansınızı necə artırmağın yollarına baxaq.
Dırnaq göbələyi və residiv riski
Dırnaq göbələyi geniş yayılmış problemdir; onun ucbatından dırnaqlar rəngini və formasını dəyişir. Ən çox ayaq dırnaqlarını zədələyir. İnfeksiya adətən dərinin və dırnaqların səthini örtən müxtəlif növ mikroorqanizmlərin təsirindən inkişaf edə bilər.
Dırnaq göbələyinin müalicəsi çox vaxt uzun zaman və səy tələb edir, təkrar yoluxma (residiv və ya reinfeksiya) ehtimalı isə kifayət qədər yüksəkdir.

İnfeksiyanın residivinə hansı amillər səbəb olur?
Residivlər ən çox həkimə müraciət etmədiyiniz və ya onun tövsiyələrinə əməl etmədiyiniz zaman baş verir. Məsələn, təyin olunmuş dərmanlardan hansısa birini buraxsanız və ya infeksiyanın keçdiyini düşünüb müalicəni yarımçıq dayandırsanız.
- Ailə üzvlərinin ayaq və ya ayaq dırnağı göbələyindən əziyyət çəkməsi;
- Həyat tərzi: hovuzları, saunaları və nəmliyi yüksək olan digər yerləri müntəzəm ziyarət etməyiniz;
- Dar ayaqqabı;
- Göbələyə qarşı preparatla təyin olunmuş müalicə planına əməl edilməməsi;
- İlk infeksiya epizodu zamanı xəstəliyin gedişat tipi və yayılma dərəcəsi;
- Yaş və cins — çünki residivlərə ən çox kişi cinsli və yaşlı pasiyentlərdə rast gəlinir.
Bu niyə bu qədər vacibdir
Dırnaq göbələyi residivlərlə müşayiət oluna bilən proqressivləşən xəstəlikdir. Məhz buna görə müalicə rejiminə əməl olunması və profilaktik tədbirlər bu qədər vacibdir.
Ekzoderil məhsulları






