
Pəncə göbələyini müalicə etmək niyə vacibdir
Göbələk infeksiyasını müalicə etmək çətindir. Müalicə xəstəliyin erkən mərhələlərində ən effektiv olur.
Göbələyin əlamətləri

Ayaqlar daha çox tərləyir

Xoşagəlməz iy hiss edirsiniz

Ağ və qəhvəyi ləkələr əmələ gəlir

Dırnaqlar tutqunlaşır və parıltısını itirir

Dırnaqlar qalınlaşır və dalğavari böyüyür
Uyğun terapiyanı necə seçməli?
Göbələyin ilk əlamətləri yarandıqda, ilk növbədə mütəxəssisə müraciət etmək lazımdır. Göbələyi nə qədər tez müalicə etməyə başlasanız, nəticələr bir o qədər sürətli və yaxşı olar. Ola bilsin ki, yalnız yerli (xarici) preparatlarla kifayətlənib həb qəbulundan yayınasınız.

Göbələk infeksiyasından qurtulmaq çətindir

Dırnaq göbələyi
Göbələyin sizi utandırmasına imkan verməyin. Bu, adətən düşünüldüyündən qat-qat geniş yayılmış xəstəlikdir. Düzgün müalicə ilə infeksiyadan qurtula bilərsiniz, hərçənd bunun üçün vaxt lazım olacaq.

Dəri göbələyi
Qaşınma hiss edirsinizsə, ayaq dərisində soyulan ləkələr, qırmızı səpgi, dəri çatları və ya suluqlar yaranıbsa, mütləq mütəxəssislə məsləhətləşin. Bunlar göbələk infeksiyasının əlamətləri ola bilər.
Ekzoderil məhsulları






