Bağırsaq mikroflorasının balansını bərpa etmək üçün Lineks

Həzminizə etibar edin

Stress, ətraf mühitdə və ya qidalanma rasionunda dəyişikliklər, infeksiyalar bağırsaqdakı faydalı mikroorqanizmlərin sayını azalda və ya onların fəaliyyətini poza bilən amillərdir. Probiotiklərin və laktobakteriyaların birləşməsi bağırsaq mikrobiotasının balansını bərpa etməyə və qorumağa kömək edir və siz yenidən həzminizə etibar edə bilirsiniz.

Disbioz həzm pozuntusunun səbəbidir

Bağırsaq disbiozu mikrobiotanın tərkibinin və fəaliyyətinin pozulmasıdır. Adətən stress və ya qidalanma vərdişlərimizin dəyişməsi səbəbindən inkişaf edir və qarında köp, meteorizm, qəbizlik və ya diareya, qarın nahiyəsində xoşagəlməz hisslər, həzm pozuntuları şəklində özünü göstərir.

Disbiozun 3 xarakterik simptomu

Diareya

24 saat ərzində normal nəcisdən maye nəcisə keçidlə üç dəfə tualetə getdikdən sonra ishaldan danışmaq olar.

Qarında köp və meteorizm

Bağırsaq mikrobiotasının tərkibində dəyişiklik artıq miqdarda qazların yaranmasına səbəb ola bilər.

Qəbizlik

Bu simptom bağırsağın boşalmasının pisləşməsi (həftədə 3-4 dəfə) və ya bağırsağın tam boşalmaması hissi ilə xarakterizə olunur.

Lineks

Üç növ faydalı bakteriya — Lactobacillus acidophilus, Bifidobacterium infantis və Enterococcus faecium — ilə bağırsaq mikroflorasını normallaşdıran probiotik. Yenidoğulmuşlar, uşaqlar və böyüklər üçün: disbiozun profilaktikası, ishal, köp və meteorizm kimi həzm pozuntuları zamanı.

Təlimata bax

Lineks Forte

Faydalı bakteriya kulturları — Lactobacillus acidophilus (LA-5) və Bifidobacterium animalis subsp. lactis (BB-12) — ilə bağırsaq mikrobiotasının balansını bərpa edən və qoruyan probiotik. Disbiozun profilaktikası, müalicəsi və həzm pozuntuları üçün.

Təlimata bax

Lineks uşaqlar üçün

Bifidobacterium animalis subsp. lactis (BB-12) — hər saşedə 1 milyard faydalı bakteriya — ilə körpələr üçün probiotik. Doğulduğu ilk günlərdən bağırsaq mikroflorasının balansını dəstəkləyir. Qidaya, ana südünə və ya içkiyə əlavə edilə bilən toz formasında.

Təlimata bax

Əlaqəli məqalələr