Sağlam gələcək keyfiyyətli tərəfdaşlıqdan başlayır
Swissmed Service MMC — Azərbaycanda səhiyyə və farmasevtika sahəsində etibarlı tərəfdaş.
Pasiyentlərin sağlamlığının, yüksək keyfiyyətli məhsullara əlçatanlığının təmin olunması və səhiyyə sisteminin dünya standartlarına uyğun davamlı fəaliyyəti üçün aidiyyəti səhiyyə qurumları ilə uzunmüddətli əməkdaşlığı əsas prioritet sayırıq.
“SwissMed Service MMC” səhiyyə və farmasevtika sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir; məsuliyyət, şəffaflıq və peşəkarlıq prinsiplərinə sadiqdir.
Şirkət dünyanın tanınmış farmasevtik şirkətlərindən biri olan İsveçrənin “Sandoz” şirkətinin Azərbaycandakı eksklüziv partnyorudur. Bu əməkdaşlıq beynəlxalq təcrübə ilə yerli səhiyyənin və pasiyentlərin ehtiyaclarını qarşılamağa imkan verir.
Missiya və Vizyonumuz
Yüksək keyfiyyət standartlarına uyğun farmasevtik məhsullara pasiyentlərin Azərbaycanda əlçatanlığını təmin edərək və genişləndirərək onların həyat keyfiyyətinin yaxşılaşmasına və ömürlərinin uzanmasına nail olmaq.
Generik və biosimilyar dərman vasitələri sahəsində ölkənin ən çox dəyər verilən şirkəti olmaq.
Dəyərlərimiz
- 01
Dürüstlük
Fəaliyyətimizi şəffaflıq, etibar və etik prinsiplər əsasında qurmaq.
- 02
İnklüzivlik və şəxsi nümunə ilə ilham vermək
Müxtəlifliyi və bərabər imkanları təşviq etmək. İşçilərin motivasiyası və dəstəyi.
- 03
Əməkdaşlıq
Birlikdə işləyərək pasiyentlərin əlçatanlığını sürətləndirmək və genişləndirmək. Bu məqsəd üçün partnyorlarla, yerli tənzimləyici qurumlarla və digər marağı olan tərəflərlə əməkdaşlıq etmək.
- 04
Yenilikçilik və inkişaf
Dəyişən səhiyyə ehtiyaclarına uyğun olaraq problemlərin həlli üçün yeni ideyaların təklif edilməsini təşviq etmək, dəyər vermək və inkişafa nail olmaq.
- 05
Keyfiyyət
Bu, şirkətin istehsal və tənzimləmə strategiyasının təməl daşıdır.
- 06
İddialı olmaq
Yüksək nəticələrə köklənmək.
